Fransanın PSJ klubunun və Argentina millisinin futbolçusu Mauro İkardi karyerasını Türkiyədə davam etdirə bilər.
Sportnet.az-ın məlumatına görə, bu barədə yerli jurnalist Berk Göl şəxsi tviter hesabından paylaşım edib.
29 yaşlı hücumçunun hazırda həyat yoldaşı və meneceri Vanda Nara ilə birlikdə "Qalatasaray" klubu ilə danışıqlar üçün İstanbulda olduğu bildirilib.
Qeyd edək ki, Mauro İkardi 2019-cu ildən PSJ-də çıxış edir.