
Şamaxıda eyniadlı komanda ilə "Səbail" arasında keçirilən Azərbaycan Premyer Liqasının III turunun açılış oyununda insident baş verib.
Sportnet.az-ın məlumatına görə, buna meydan sahiblərinin kapitanı Elvin Məmmədovun qonaqların hücumçusu Ağabala Ramazanova qarşı kobud oynaması səbəb olub.
Futbolçular oyun epizoduna görə bir-birinin üstünə getsələr də, komanda yoldaşları qalmaqalın böyüməsinə imkan verməyib. Görüşün baş hakimi Vüqar Həsənli hər iki oyunçunu sarı vərəqə ilə cəzalandırıb.
Qeyd edək ki, hazırda matçda 2-ci hissə oynanılır və "Səbail" hesabda öndədir - 1:0.