
Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, günün ikinci matçında "Zirə" "Sumqayıt"ı qəbul edib.
"Dalğa Arena"dakı qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
Bu nəticədən sonra xallarının sayını 4-ə çatdıran "Zirə" 5-ci pillədə qərarlaşıb. İlk xalını qazanan "gənclik şəhəri" təmsilçisi 7 - 9-cu yerləri bölüşdürür.
Qeyd edək ki, günün ilk matçında "Qəbələ" "Kəpəz"i 3:0 hesabı ilə üstələyib. Turun əvvəlki 2 oyununda "Şamaxı" evdə "Səbail"lə 1:1 hesablı heç-heçə edib, "Neftçi" isə səfərdə "Sabah"a uduzub - 1:2. III turun "Turan Tovuz" - "Qarabağ" qarşılaşması "köhlən atlar"ın Çexiyada "Viktoriya" (Plzen) komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşünə daha yaxşı hazırlaşa bilməsi səbəbindən təxirə salınıb.
------------------------------------------
Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, günün ilk matçında "Kəpəz" "Qəbələ" ilə üz-üzə gəlib.
Qarşılaşma "Qəbələ"nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qırmızı-qaralar"ın qollarını 18-ci dəqiqədə Məqsəd İsayev, 27-ci dəqiqədə Ramon Maçado, 57-ci dəqiqədə isə Rövlan Muradov vurub.
Bu nəticədən sonra xallarının sayını 9-a çatdıran "Qəbələ" liderliyə yüksəlib. İkinci sıradakı "Sabah" da eyni xala malikdir. 3 görüşün hamısında uduzan "Kəpəz" 9-cu yerdədir.
Qeyd edək ki, günün ikinci matçında "Zirə" "Sumqayıt"ı qəbul edəcək. Turun əvvəlki 2 oyununda "Şamaxı" evdə "Səbail"lə 1:1 hesablı heç-heçə edib, "Neftçi" isə səfərdə "Sabah"a uduzub - 1:2. III turun "Turan Tovuz" - "Qarabağ" qarşılaşması "köhlən atlar"ın Çexiyada "Viktoriya" (Plzen) komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşünə daha yaxşı hazırlaşa bilməsi səbəbindən təxirə salınıb.
--------------------------------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha 2 oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, günün ilk matçı Qəbələdə olacaq. Gəncə şəhər stadionunun tribunaları qəzalı vəziyyətdə olduğundan "Kəpəz" "Qəbələ"ni məhz rəqibin meydanında qəbul edəcək. Hazırda "qırmızı-qaralar" 6 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Xalı olmayan "sarı-göylər" isə 9-cudur.
İki komanda indiyədək ölkə çempionatında 20 dəfə qarşılaşıb. Bunların 6-da "Kəpəz", 9-da "Qəbələ" qalib gəlib. 5 görüşdə heç-heçə qeydə alınıb. Topların nisbəti də Elmar Baxşıyevin baş məşqçi olduğu komandanın xeyrinədir - 25:17.
Qəbələnin eyniadlı təmsilçisi son 3 oyunda qələbə qazanıb. Gəncə klubu isə son 2 matçda qol vurmayıb.
Digər matçda isə 3 xalla 5-ci sırada olan "Zirə" xalsız autsayder "Sumqayıt"ı sınağa çəkəcək. Bu, tərəflərin ölkə çempionatında 28-ci dueli olacaq. Əvvəlki görüşlərin 14-ü "qartallar"ın, 6-sı "gənclik şəhəri" təmsilçisinin xeyrinə başa çatıb. 7 qarşılaşmada qalib müəyyənləşməyib. Meydan sahiblərinin 35 qoluna qonaqlar 21 topla cavab veriblər.
“Zirə” son 4 oyunda qələbə qazanıb. “Sumqayıt” son 6 matçda qol vurmayıb.
Azərbaycan Premyer Liqası
III tur
21 avqust (bazar)
18:00. “Kəpəz” – “Qəbələ” - 0:3
Qollar: Məqsəd İsayev, 18. Ramon Maçado, 27. Rövlan Muradov, 57
Hakimlər: Rauf Allahverdiyev, Zeynal Zeynalov, Vüsal Məmmədov, Rövşən Rəcəbov
Hakim-inspektor: Əmrah İbrahimov
Qəbələ şəhər stadionu.
20:00. “Zirə” – “Sumqayıt” - 0:0
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Rahil Ramazanov, Cavid Cəlilov
Hakim-inspektor: Feyzulla Feyzullayev
“Dalğa Arena”.
Qeyd edək ki, turun əvvəlki 2 oyununda "Şamaxı" evdə "Səbail"lə 1:1 hesablı heç-heçə edib, "Neftçi" isə səfərdə "Sabah"a uduzub - 1:2. III turun "Turan Tovuz" - "Qarabağ" matçı isə "köhlən atlar"ın Çexiyada "Viktoriya" (Plzen) komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununa daha yaxşı hazırlaşa bilməsi səbəbindən təxirə salınıb.