Yunanıstanın "Olimpiakos" klubu futbolçusu Mamadu Kaneni icarəyə verib.
Sportnet.az "Goal.philenews" nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi karyerasını Kiprdə davam etdirəcək.
Qvineyalı oyunçu mövsümün sonunadək "Pafos"da çıxış edəcək.
Qeyd edək ki, Mamadu Kane 2019 - 2021-ci illərdə "Neftçi"nin formasını geyinib. Afina təmsilçisi 2021-ci ilin yayında yarımmüdafiəçini 300 min avroya alıb. "Olimpiakos"la 4 illik müqavilə imzalayan Kane 2021/2022 mövsümünün ilk yarısında icarə əsəsında "ağ-qaralar"da oynayıb. Afrikalı oyunçu 2020/2021 mövsümündə "Neftçi" ilə ölkə çempionu olub.