"Xəzər Lənkəran" klubunun sabiq futbolçusu Önder Deniz Kolgu məhkəməyə verilib.
Sportnet.az "Medyabar" nəşrinə istinadən xəbər verir ki, 48 yaşlı keçmiş yarımmüdafiəçi evlənmək vədi ilə aldatma və ölümlə hədələməkdə ittiham edilir.
İstanbul şəhərindəki qadın 6 il əvvəl tanış olduğu keçmiş oyunçu üçün məhkəməyə müraciət edib. O, Deniz Kolgunun onu evlənmək vədi ilə aldadaraq minlərlə lirə pulunu aldıqdan sonra ölümlə hədələdiyini söyləyib. Prokurorluq məsələ ilə bağlı cinayət işi açıb.
Şikayət edən şəxs özü kimi 4 qadının da eyni halla üzləşdiyini sölyəyib. Vəkil məhkəmədə ifadə verən qadının hədə-qorxuya məruz qaldığını və şübhəli şəxslərin onu izlədiyini söyləyib.
Qeyd edək ki, Önder Deniz Kolgu 2004/2005 mövsümündə "Xəzər Lənkəran"ın formasını geyinib.