
Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Neftçi" "Bakcell Arena"da "Zirə"ni qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı 14-cü dəqiqədə "ağ-qaralar"ın qanalı hücumçusu Qodsvey Donyo açıb. 54-cü dəqiqədə qonaqların forvardı Hamidu Keyta penaltidən tarazlığı bərpa edib. 78-ci dəqiqədə Azər Əliyev "ağ-qaralar"ın 2-ci qolunu vuraraq, yekun hesabı müəyyənləşdirib.
Bu qələbə ilə xallarını 9-a çatdıran "Neftçi" 3-cü pilləyə yüksəlib. "Zirə" isə 4 xalla 6-cı sırada qalıb.
Qeyd edək ki, günün ilk matçında "Turan Tovuz" səfərdə "Sumqayıt"la qolsuz heç-heçə edib. IV turun "Səbail" - "Kəpəz" və "Qarabağ" - "Şamaxı" oyunları sabah, "Qəbələ" - "Sabah" görüşü isə avqustun 28-də keçiriləcək.
----------------------------------------
Futbol üzrə MisliAzərbaycan Premyer Liqasında IV tura start verilib.
Sportnet.az-ın məlumatına görə, günün ilk matçında "Sumqayıt" "Turan Tovuz"u qəbul edib.
"Kapital Bank Arena"dakı qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.
Rəqiblərindən bir oyun az keçirən Tovuz klubu 4 xalla 6-cı, "gənclik şəhəri" təmsilçisi isə 2 xalla 7-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, günün ikinci matçında "Neftçi" "Zirə"ni qəbul edəcək. IV turun "Səbail" - "Kəpəz" və "Qarabağ" - "Şamaxı" oyunları avqustun 27-də, "Qəbələ" - "Sabah" görüşü isə avqustun 28-də keçiriləcək.
-------------------------------------------
Bu gün Misli Premyer Liqasında IV tura start veriləcək.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Turun açılış matçı Sumqayıtda olacaq. Şəhərin eyniadlı komandası "Turan Tovuz"u qəbul edəcək. Meydan sahibləri 1 xalla 9-cu, rəqibindən bir oyun az keçirən Tovuz klubu 3 xalla 6-cı pillədə qərarlaşıb. Komandalar indiyədək Premyer Liqada qarşılaşmayıblar.
Günün digər görüşündə "Neftçi" "Zirə"ni qəbul edəcək. "Ağ-qaralar" 6 xalla 4-cü, "qartallar" isə 4 xalla 5-cidir. Bu, tərəflərin Premyer Liqadakı 27-ci matç olacaq. Əvvəlki görüşlərin 12-də qonaqlar, 7-də meydan sahibləri qələbə qazanıb. Topların nisbəti isə bərabərdir - 27:27.
Azərbaycan Premyer Liqası, IV tur
26 avqust (cümə)
18:00. “Sumqayıt” – “Turan Tovuz” - 0:0
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Əli Əliyev
VAR: Cavid Cəlilov
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Ramil Diniyev
“Kapital Bank Arena”
20:30. “Neftçi” – “Zirə” - 2:1
Qollar: Qodsvey Donyo, 14. Azər Əliyev, 78 - Hamidu Keyta, 54 (penalti)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
VAR: Kamal Umudlu
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Babək Quliyev
“Bakcell Arena”
Qeyd edək ki, IV turun "Səbail" - "Kəpəz" və "Qarabağ" - "Şamaxı" oyunları avqustun 27-də, "Qəbələ" - "Sabah" görüşü isə avqustun 28-də keçiriləcək.