İtaliya A Seriyasında III turun mərkəzi görüşü "Latsio" və "İnter" komandaları arasında keçirilib.
Sportnet.az-ın məlumatına görə, Roma şəhərindəki "Olimpiko" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1.
İlk yarıda yeganə qolu 40-cı dəqiqədə "Latsio"dan Felipe Anderson vurub. 51-ci dəqiqədə Lautaro Martines hesabı bərabərləşdirsə də, Luis Alberto 75-ci, Pedro isə 86-cı dəqiqədə fərqlənərək, yekun nəticəni müəyyənləşdiriblər.
Bununla da xalını 7-yə çatdıran "Latsio" liderliyə yüksəlib. İlk məğlubiyyətini alan "İnter" isə 6 xalla 4-cüdür.