Misli Premyer Liqasında IV tura yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, turun son matçında "Qəbələ" "Sabah"ı qəbul edib. Qəbələ şəhər stadionunda keçirilən mərkəzi qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Paytaxt təmsilçisindən qolları 48-ci dəqiqədə Davit Volkov və 64-cü dəqiqədə Coy Lens Mikels vurublar.
Bu nəticədən sonra xallarını 12-yə çatdıran "Sabah" vahid lider olub. "Qəbələ" isə 9 xalla 3-cü pillədə qərarlaşıb. 1 oyun az keçirən "Qarabağ"ın da 3 xalı var.
Qeyd edək ki, turun ilk 3 oyununda "Neftçi" evdə "Zirə"ni 2:1, "Səbail" "Kəpəz"i 4:1, "Qarabağ" "Şamaxı"nı 4:0 hesabı ilə yenib. "Sumqayıt" - "Turan Tovuz" matçı isə qolsuz yekunlaşıb - 0:0.
-----------------------------------------------
Misli Azərbaycan Premyer Liqasında IV tura bu gün yekun vurulacaq.
"Report"un məlumatına görə, son oyun günündə liderlər Qəbələdə üz-üzə gələcək.
Şəhərin eyniadlı komandası "Sabah"ı qəbul edəcək. Hər iki kollektiv 3 oyundan sonra maksimum nəticə göstərib və 9 xal toplayıb. Tərəflər indiyədək yerli çempionatda 15 dəfə qarşılaşıblar. Bunların 7-də paytaxt təmsilçisi, 5-də bölgə klubu meydanı 3 xalla tərk edib. Topların nisbətində də qonaqların üstünlüyü var - 21:15.
Azərbaycan Premyer Liqası, IV tur
28 avqust (bazar)
20:00. “Qəbələ” – “Sabah” - 0:2
Qollar: Davit Volkov, 48. Coy Lens Mikels, 64
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamal Umudlu
Hakim-inspektor: Gülağa Cabarov
Qəbələ şəhər stadionu
Qeyd edək ki, turun ilk 3 oyununda "Neftçi" evdə "Zirə"ni 2:1, "Səbail" "Kəpəz"i 4:1, "Qarabağ" "Şamaxı"nı 4:0 hesabı ilə yenib. "Sumqayıt" - "Turan Tovuz" matçı isə qolsuz yekunlaşıb - 0:0.