"Qarabağ"ın sabiq futbolçusu İbrahima Vadji Fransanın "Sent-Etyen" klubu ilə müqaviləyə avqustun 30-da imza atacaq.
Sportnet.az "Le Progres"ə istinadən xəbər verir ki, seneqallı hücumçunun sözləşməsi sol cinah müdafiəçisi Leo Petro və yarımmüdafiəçi Toma Monkondui ilə eyni gündə rəsmiləçəcək.
27 yaşlı forvardın anlaşma müddəti 3 illik olacaq.
Qeyd edək ki, İbrahima Vadjinin transferi üçün "Qarabağ"a 1 milyon avrodan çox məbləğ ödəniləcək.