"Qarabağ"ın adının Türkiyənin "Trabzonspor" klubunda çıxış edən Benqali-Fode Koyta ilə hallanmasının təfərrüatı bəlli olub.
Sportnet.az xəbər verir, 32 yaşlı hücumçu "köhlən atlar"a təklif olunub.
Lakin Qvineyadan olan forvard ölkə çempionunun meyarlarına uyğun gəlməyib.
Qeyd edək ki, türkiyənin "61saat" nəşri "Qarabağ"ın Benqali-Fode Koyta ilə maraqlandığını yazmışdı.