"Sabah" növbəti futbolçu transferini gerçəkləşdirib.
Paytaxt təmsilçisindən Sportnet.az-a verilən məlumata görə, Ukraynanın “Şaxtyor” (Donetsk) klubundan Aleksey Kaşuk icarəyə götürülüb.
Ukraynalı oyunçu cari mövsümün sonunadək "Sabah"da çıxış edəcək.
Qeyd edək ki, Aleksey Kaşuk 2021/2022 mövsümündə də icarə əsasında "Sabah"da çıxış edib. 22 yaşlı yarımmüdafiəçi ötən mövsüm Premyer Liqada 8 oyuna çıxıb və 2 qolla yadda qalıb.