"Kəpəz"in zədəli futbolçularından Yeqor Xvalko müalicə prosesini başa vurub.
Klubdan Sportnet.az-a verilən məlumata görə, özünü yaxşı hiss edən belaruslu müdafiəçi artıq kollektiv məşqlərə qoşulub.
Gəncə təmsilçisinin digər zədəli arxa xətt oyunçusu Elvin Yunuszadə də sıraya qayıdıb. O, sabahdan fərdi halda məşqlərə başlayacaq.
Qeyd edək ki, "Kəpəz" Misli Premyer Liqasında növbəti oyununu sentyabrın 9-da səfərdə "Turan Tovuz"a qarşı keçirəcək.