
Azərbaycan I Divizionda 3-cü tura start verilib.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma keçirilib.
Liderlərdən "Araz Naxçıvan" evdə "Şamaxı-2"ni "Turan Tovuz" isə "Sumqayıt-2"ni darmadağın edib. "Qəbələ-2" isə "Kəpəz-2"yə minimal hesabla qalib gəlib.
I Divizion
3-cü tur
"Turan Tovuz-2" - "Sumqayıt-2" - 3:0
Qollar: Ayxan Quseynov, 14 (pen.); 59; 76
Qırmızı vərəqə: İlnur Valiev, 90+2 ("Sumqayıt-2")
"Qəbələ-2" - "Kəpəz-2" - 1:0
Qol: Tolqar Yaqubov, 12
"Araz Naxçıvan" - "Şamaxı-2" - 5:0
Qollar: Xəyal Tomarov, 21; 60. Orxan Əliyev, 36. Fərid Kərimzadə, 47. Bayraməli Qurbanov, 51
Qeyd edək ki, hazırda "Araz Naxçıvan" və "Turan Tovuz" 9 xalla turnir cədvəlinə başçılıq edir.