İtaliyanın "Milan" klubu futbolçusu Rade Kruniçlə müqaviləni uzadıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, yeni sözləşmə 30 iyun 2025-ci ilədək nəzərdə tutulub.
28 yaşlı bosniya və herseqovinalı oyunçu 2019-cu ildən "qara-qırmızı" formanı geyinir. O, komandada 91 oyun keçirib.
Kruniç "Milan"adək karyerasının böyük hissəsini "Empoli"də keçirib.