"Bu məsələyə qayıtmayacağam. Sadəcə, onu deyə bilərəm ki, kimliyindən asılı olmayaraq, nizam-intizam ilk növbədədir".
Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov Rauf Əliyevin əvəzedici komandaya göndərilməsinin səbəbi barədə danışarkən deyib.
51 yaşlı mütəxəssis bildirib ki, heç kimi komandadan qovası deyil: "Amma bura gəldiyim ilk gündən futbolçulara tapşırmışam ki, nizam-intizamı pozan, komanda yoldaşına, rəhbərliyə və rəqibə hörmətsizlik edən oyunçu burada ola bilməz".
Qeyd edək ki, Rauf Əliyevin "Kəpəz"dən ayrılacağı gözlənilir.