FIFA-nın Fransanın paytaxtı Parisdə yerləşən ofisində seminar keçirilir.
Sportnet.az-ın məlumatına görə, ali futbol qurumunun Avropa ölkələri üzrə üzv assosiasiyaları üçün təşkil olunmuş tədbirdə AFFA-nın baş katibi Sərxan Hacıyev də iştirak edir.
Seminara milli assosiasiyanın maliyyə və mühasibatlıq departamentinin əməkdaşı Riad Axundov da qatılıb.