
Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində türkiyəli yaşıdları ilə yoldaşlıq oyunu keçirib.
Sportnet.az xəbər verir ki, qarşılaşma 3:0 hesabı ilə rəqibin xeyrinə başa çatıb.
Bu komandalar arasında növbəti görüş sentyabrın 17-də olacaq.