Bakıda Qırğızıstan və Moldova yığmaları ilə yoldaşlıq görüşləri keçirəcək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb.
.
Sportnet.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu məqsədlə sentyabrın 19-dan 27-dək Bakıda təlim-məşq toplanışı keçirəcək U-21-in hazırlıq prosesinə 23 futbolçu çağırılıb:. Onlardan 2-si legionerdir.
Eldar Tağızadə ("Clermont Foot 63" Fransa), Yusif İmanov, Rüstəm Samiqullin, Camal Cəfərov (hamısı "Sabah"), David Orucov, Hüseyn Babayev, Ramin Nəsirli, Fərid Yusifli (hamısı "Neftçi"), Xəyyam Hüseynov, Veysəl Rzayev, Elçin Qasımov (hamısı "Turan Tovuz"), Şirxan Həsənzadə ("Qarabağ"), Abdulla Rzayev, Mirəli Əhmədov (hər ikisi "Şamaxı"), Rəşad Həsənov, Vüsal Əliyev, Taleh Fərmanov (hamısı "Zirə"), Süleyman Damadayev, Emil Səfərov, Mehrac Baxşəli(hamısı "Qəbələ"), Samir Məhərrəmli ("Kəpəz"), Murad Vəliyev ("Levadia Tallinn" Estoniya), Tuqay Əlizadə ("Araz-Naxçıvan")
Qeyd edək ki, Azərbaycan millisi Qırğızıstanla sentyabrın 24-də, Moldova ilə sentyabrın 27-də görüşəcək.