“StavropolAqroSoyuz” və "Nefteximik" komandaları arasında keçirilməli olan Rusiya Kubokunun 1/32 final mərhələrinin oyunu ölkədə elan olunmuş qismən səfərbərliyə görə baş tutmaya bilər.
Sportnet.az-ın məlumatına görə, bu barədə Stavropol təmsilçisinin baş məşqçisi Kirill Eydelnant yerli mətbuata açıqlama verib.
Mütəxəssis bildirib ki, komandanın 3 üzvü ordu sıralarına çağırılıb. O, sərəncamında qalan 13 futbolçu ilə I Liqa təmsilçisinə qarşı kubok görüşünə çıxmayacaqlarını söyləyib: "Komandada döyüş təcrübəsi olan uşaqlar var. İlk növbədə bir müdafiəçimiz, ardınca isə hər oyunda qol vuran 2 hücumçumuz bizdən ayrılacaq".
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də ölkədə qismən səfərbərlik elan edib.