
UEFA Gənclər Liqasında mübarizə aparan “Qəbələ”nin U-19 komandasının ilk ev oyununun hakimləri müəyyənləşib.
Sportnet.az xəbər verir ki, Çempionlar Yolunda mübarizə aparan “qırmızı-qaralar”ın Xorvatiya “Hayduk”u ilə cavab görüşünü Türkiyədən olan ədalət təmsilçiləri idarə edəcək.
Oktyabrın 4-dəki matçın baş hakimi Arda Kardeşler olacaq. Ona həmyerliləri Mehmet Emin Tuğral və Süleyman Ozay kömək edəcək. Qarşılaşmanın dördüncü hakimi müəyyənləşməyib.
Matç Qəbələ şəhər stadionunda baş tutacaq.
4 oktyabr
UEFA Gənclər Liqası
Çempionlar Yolu, I mərhələ
Cavab oyunu
17:00. “Qəbələ” (Azərbaycan) – “Hayduk” (Xorvatiya)
Hakimlər: Arda Kardeşler, Mehmet Emin Tuğral, Süleyman Ozay (hamısı Türkiyə)
Qəbələ şəhər stadionu
İlk oyun – 0:3