
Argentina millisinin baş məşqçisi Lionel Skaloninin müqaviləsinin müddəti uzadılıb.
Sportnet.az Argentina Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssisin yeni sözləşməsi 2026-cı ilin yayınadək nəzərdə tutulub.
Qeyd edək ki, Lionel Skaloni 2018-ci ildən komandaya rəhbərlik edir. Argentina yığması 2021-ci ildə Amerika Kubokunun qalibi olub.