
FIFA Braziliya və Tunis komandaları arasında yoldaşlıq oyununda baş verən insidentlə bağlı araşdırmaya başlayıb.
Sportnet.az-ın məlumatına görə, ali futbol qurumu irqçiliyin və zorakılığın istənilən formasını qəti şəkildə pislədiyini bildirib.
FIFA futbolda bu cür davranışları qəbul etmədiklərini diqqətə çatdırıb.
Qeyd edək ki, Braziliyanın 5:1 hesablı qələbəsi ilə başa çatan matçda "sambaçılar"ın hücumçusu Rişarlisona qarşı irqçilik edilib. Forvard 19-cu dəqiqədə komandasının ikinci qolunu vurandan sonra ona banan atılıb.