
Türkiyənin "Başakşehir" komandasının futbolçusu Mesut Özil belindən əməliyyat olunacaq.
Sportnet.az-ın məlumatına görə, bu barədə klub prezidenti Göksel Gümüşdağ açıqlama verib.
Funksioner 34 yaşlı yarımmüdafiəçinin ən azı 3 ay yaşıl meydanlardan kənarda qalacağını bildirib.
Qeyd edək ki, Mesut Özil ötən yay "Fənərbağça"dan "Başkşehir"ə keçib. FBu mövsüm ümumilikdə 3 matçda meydana çıxan yarımmüdafiəçi qol və ya məhsuldar ötürmə ilə yadda qala bilməyib.