Fransa millisinin futbolçusu Bubakar Kamara bu il Qətərdə keçiriləcək dünya çempionatında iştirak etməyəcək.
Sportnet.az-ın məlumatına görə, tibbi müayinədən sonra 23 yaşlı yarımmüdafiəçinin diz bağlarından xəsarət aldığı məlum olub.
"Aston Villa"da çıxış edən oyunçu "Sautgempton"u 1:0 hesabı ilə məğlub etdikləri İngiltərə Premyer Liqasının VIII tur matçında zədələnib.
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.