
Almaniya Regional Liqasında çıxış edən "Hempi Leyptsiq"in futbolçusu Denis Yepel oyun vaxtı başını beton divara çırpıb.
Sportnet.az məlumatına görə, hadisə "Kemnitser"lə matçda yaşanıb.
Yepel hücumların birində özünü saxlaya bilməyib və divara çırpılıb. Komanda yoldaşları və tibbi heyət oyunçuya köməklik edib. Onun həyatı üçün təhlükə yoxdur.
Qeyd edək ki, qarşılaşma "Hempi Leyptsiq"in 1:0 hesablı qələbəsi ilə bitib.