Azərbaycan milli komandasının baş məşqçisi Gianni De Byazi ilə müqavilə uzadılıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə qərar AFFA İcraiyyə Komitəsinin iclasında qəbul olunub.
65 yaşlı italiyalı mütəxəssis daha bir seçmə mərhələ müddətində yığmaya rəhbərlik edəcək.
Qeyd edək ki, Canni De Byazi 2020-ci ilin iyulundan Azərbaycan millisinin sükanı arxasındadır.