
"Kəpəz" klubu heyətini yeni qapıçı ilə gücləndirib.
Sportnet.az "Report"a istinadən xəbər verir ki, Gəncə təmsilçisi xorvatiyalı Mario Mustapiçi heyətinə qatıb.
Əyalət təmsilçisi rəsmi feysbuk hesabında yeni transferlə bağlı paylaşım da edib. Oyunçunun adı açıqlanmasa da, onun xorvatiyalı olduğu xəritə vasitəsi ilə göstərilib.
Azad agent olan Mustapiç son olaraq ölkəsində "Rudes"in formasını geyinib.
Qeyd edək ki, "Kəpəz" Azərbaycan Premyer Liqasında 8 oyundan sonra 4 xalla 8-9-cu yerləri bölüşdürür.