"Matça çox yaxşı başladıq. Ümumilikdə oyuna nəzarət edirdik. İkinci hissədə isə səhvlərimiz oldu. Bu turnirdə isə səhvə yol verəndə cəzasını çəkirsən".
Sportnet.az-ın məlumatına görə, bunu "Olimpiakos"un baş məşqçisi Miçel Qonsales Yunanıstanda "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan sonra mətbuat konfransında deyib.
İspaniyalı mütəxəssis bildirib, uduzanda mütləq nəyəsə peşman olursan: "Əvəzetmələr yerində idi. Sadəcə, alınmadı. Oyuna nəzarəti itirdik və əks hücumda qol buraxdıq. Bundan sonra səhvlərimizi görməli, onları düzəltməyi öyrənməli və hansı kluba aid olduğumuzu bilməliyik".