"Zirə"nin futbolçusu Nemanya Ancelkoviç "Şamaxı"ya qarşı Misli Premyer Liqasının IX tur matçında ağır zədə alıb.
Sportnet.az-ın məlumatına görə, 55-ci dəqiqədə qonaq komandanın oyunçusu Qurban Səfərovun zərbəsindən sonra top serbiyalı müdafiəçinin gicgah nahiyəsinə tuş gəlib. Nəticədə Ancelkoviç zərbədən yerə yıxılıb.
Hadisə yerinə özünü çatdıran həkimlər ona ilkin tibbi müayinə göstərərək, ayağa qaldırmağa müvəffəq olublar. Lakin "Zirə"nin legioneri matça davam edə bilməyib və meydanı tərk edib. Onu Moiz Adileu əvəzləyib.
Qeyd edək ki, hazırda "Zirə" öndədir - 1:0.