
Futbol üzrə Azərbaycan Premyer Liqasının IX turunda daha bir oyun keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Neftçi" "Bakcell Arena"da "Turan Tovuz"u qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
Bu nəticədən sonra xallarını 19-a çatdıran "ağ-qaralar" 3-cü, 11 xalı olan Tovuz təmsilçisi isə 6-cı pillədəki mövqeyini qoruyub.
Qeyd edək ki, turun əvvəlki 2 oyununda "Zirə" evdə "Şamaxı"nı, "Səbail" isə "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib. Tura oktyabrın 9-da keçiriləcək "Sabah" - "Kəpəz" və "Qəbələ" - "Qarabağ" oyunları ilə yekun vurulacaq.
------------------------------------
Misli Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Səbail" "ASCO Arena"da "Sumqayıt" klubunu qəbul edib. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 39-cu dəqiqədə Turan Manafov vurub.
Bu nəticədən sonra xallarını 8-ə çatdıran paytaxt klubu 7-ci pillədəki mövqeyini qoruyub. 4 xalı olan "Sumqayıt" isə 9-cu sırada qalıb.
Günün ikinci oyununda "Neftçi" "Bakcell Arena"da "Turan Tovuz"la qarşılaşacaq.
Qeyd edək ki, IX turun açılış matçında "Zirə" evdə "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib. Tura oktyabrın 9-da keçiriləcək "Sabah" - "Kəpəz" və "Qəbələ" - "Qarabağ" oyunları ilə yekun vurulacaq.
------------------------------------------
Misli Premyer Liqasında bu gün IX turun daha iki oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, qarşılaşmalar paytaxtda baş tutacaq.
İlk matçda "Səbail" "Sumqayıt"ı qəbul edəcək. "Dənizçilər" 5 xalla 7-ci, "gənclik şəhəri" təmsilçisi 4 xalla 9-cu pillədə qərarlaşıb. Komandalar indiyədək ölkə çempionatında 18 dəfə üz-üzə gəliblər. Bunların 9-da qonaqlar, 6-da meydan sahibləri qələbə qazanıb. Topların nisbətində də Sumqayıt klubu üstündür - 23:14.
İkinci görüşdə çempionluğa iddialı "Neftçi" "Turan Tovuz"u qəbul edəcək. "Ağ-qaralar" 18 xalla 3-cü, bölgə təmsilçisi 10 xalla 6-cı sıradadır. Qonaqlar rəqibinə nisbətən bir oyun az keçirib.
Tərəflər indiyədək Premyer Liqada qarşılaşmayıblar.
Misli Premyer Liqası, IX tur
8 oktyabr (şənbə)
17:00. “Səbail” – “Sumqayıt” - 1:0
Qol: Turan Manafov, 39
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamran Əliyev
Hakim-inspektor: Orxan Məmmədov
“ASCO Arena”
19:30. “Neftçi” – “Turan Tovuz” - 0:0
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rəhman İmami, Səbuhi Bayramov
Hakim-inspektor: Asim Xudiyev
“Bakcell Arena”
Qeyd edək ki, IX turun açılış matçında "Zirə" evdə "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib. Tura oktyabrın 9-da keçiriləcək "Sabah" - "Kəpəz" və "Qəbələ" - "Qarabağ" oyunları ilə yekun vurulacaq.