Yunanıstanın "Olimpiakos" klubunun futbolçusu Qonsalo Avila Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur matçını buraxa bilər.
Sportnet.az-ın məlumatına görə, 24 yaşlı müdafiəçi OFİ-yə 2:1 hesabı ilə qalib gəldikləri Yunanıstan Super Liqasının VII tur oyununda bud nahiyəsindən zədələnib.
39-cu dəqiqədə ispaniyalı oyunçunun yerinə meydana Marios Vrusay daxil olub. Qonsalo Avilanın durumuna bu gün aydınlıq gələcək.
Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:45-də başlayacaq.