Almaniyanın "Bavariya" klubunun futbolçuları baş məşqçi Yulian Nagelsmandan narazıdırlar.
Sportnet.az "Bild" nəşrinə istinadən xəbər verir ki, oyunçular 35 yaşlı mütəxəssisin komandanı bəzi matçlarda uğursuz idarə etdidiyinə inanırlar.
Onlar qarşılaşmalar zamanı heyətdəki rotasiyaları və əvəzetmələri bəyənmirlər. Nagelsman İtaliyada "İnter"ə 1:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının qrup mərhələsinin I tur oyununda Camal Musialaya start heyətdə şans verəcəyini vəd edib, lakin yarımmüdafiəçi 84-cü dəqiqədə meydana girib. Musiala baş məşqçinin qərarı ilə razılaşsa da, klub rəhbərləri ilə söhbətdə məyus olduğunu söyləyib.
Bundan əlavə, Münhen təmsilçisinin futbolçuları mütəxəssisin bəzi davranışlarından da narazıdırlar.
Qeyd edək ki, Yulian Nagelsman 2021-ci ilin iyulunda "Bavariya"nın baş məşqçisi təyin edilib. Komanda Bundesliqada 16 xalla üçüncü pillədə qərarlaşıb.