
İnanıram ki, "Qarabağ" bu gün də 3 xal qazanaraq, Avropa Liqasının növbəti mərhələsinə vəsiqə baxımından böyük addım və yaxşı nəticəyə imza atacaq".
Bunu Sportnet.az-a açıqlamasında Ağdam komandasının hazırda "Kəpəz"də çıxış edən sabiq futbolçusu Rauf Əliyev deyib.
33 yaşlı hücumçu Azərbaycan təmsilçisinin "Olimpiakos"a Yunanıstanda olduğu kimi, yenə qalib gələcəyinə inam ifadə edib: "Ötən tur "Qarabağ" Yunanıstanda "Olimpiakos"u məğlub etməklə, Azərbaycan xalqını sevindirmişdi. Azərbaycan klubu gözəl oyun və böyük hesablı qələbə ilə 3 xalı aktivinə yazdırmışdı. Bu gün isə davamını arzulayıram. "Qarabağ"a uğurlar arzulayıram".
Qeyd edək ki, saat 20:45-də başlanacaq "Qarabağ" - "Olimpiakos" görüşü Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.