Futbol üzrə Azərbaycan Premyer Liqasında X tura start verilib.
Sportnet.az-ın məlumatına görə, ikinci dövrənin açılış oyununda "Şamaxı" "Qəbələ"ni qəbul edib. Şamaxı şəhər stadionundakı görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Qarşılaşmada hər iki qol ikinci hissədə vurulub. Hesabı 60-cı dəqiqədə qonaqlar açıblar. Adil Nağıyev topu öz qapısından keçirib. Bu, cari mövsümün ilk avtoqolu olub. 75-ci dəqiqədə isə meydan sahiblərindən Kamran Quliyev tarazlığı bərpa edib.
Bu nəticədən sonra xallarını 16-ya çatdıran "Qəbələ" 5-ci pillədəki mövqeyini qoruyub. 3 xalı olan "Şamaxı" isə sonuncudur.
Qeyd edək ki, X turun "Turan Tovuz" - "Səbail", "Sabah" - "Zirə" oyunları oktyabrın 15-də, "Kəpəz" - "Neftçi" və "Qarabağ" - "Sumqayıt" görüşü isə oktyabrın 16-da olacaq.
-------------------------------------
Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün X tura start veriləcək.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
İki xalla sonuncu - 10-cu pillədə qərarlaşan "Şamaxı" 15 xalla beşinci olan "Qəbələ"ni qəbul edəcək.
Komandalar indiyədək ölkə çempionatlarında 56 dəfə üz-üzə gəliblər. Bunların 19-da meydan sahibləri, 18-də qonaqlar qələbə qazanıb. 19 görüşdə isə heç-heçə qeydə alınıb. Topların nisbətində də Şamaxı təmsilçisi öndədir - 73:61. "Qəbələ" rəqibinə qarşı Premyer Liqadakı son 8 matçda meydanı qolsuz tərk etməyib. Ardıcıl iki məğlubiyyət alan meydan sahibləri son 5 qarşılaşmada qələbə qazanmayıb.
Azərbaycan Premyer Liqası, X tur
14 oktyabr (cümə)
15:00. “Şamaxı” – “Qəbələ” - 1:1
Qollar: Kamran Quliyev, 75 - Adil Nağıyev, 60 (avtoqol)
Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Cavanşir Yusifov, Fərid Hacıyev
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Feyzulla Feyzullayev
Şamaxı şəhər stadionu
Qeyd edək ki, X turun "Turan Tovuz" - "Səbail", "Sabah" - "Zirə" oyunları oktyabrın 15-də, "Kəpəz" - "Neftçi" və "Qarabağ" - "Sumqayıt" görüşü isə oktyabrın 16-da olacaq.