Misli Premyer Liqasında X turun “Sabah” - “Zirə” oyunundan öncə Coşqun Diniyevə “200” nömrəli forma təqdim olunub.
Sportnet.az-ın məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi üçün çempionatda 200-cü oyun ötən tura təsadüf edib.
“Zirə”nin “Şamaxı”ya 1:0 hesabı ilə qalib gəldiyi görüş onun üçün yubileylə əlamətdar olub. Diniyev bu matçlarda 9 qola imza atıb.
Hazırda keçirilən qarşılaşmada o, fərqlənsə, qol sayını 10-a çatdıraraq, daha bir yubileyə imza atacaq.