AFFA İntizam Komitəsi "Kəpəz" klubunu cərimələyəcək.
Sportnet.az-ın məlumatına görə, səbəb "Neftçi" ilə Misli Premyer Liqasının X tur oyunu zamanı Gəncə şəhər stadionunda elektron taplonun olmamasıdır. Bununla əlaqədar oyunçu əvəzləmələri və baş hakim Tural Qurbanovun hissələrə artırdığı vaxt tamaşaçılara göstərilməyib.
Əvəzetmələr əl işarələri ilə aparılıb.
Uzun fasilədən sonra doğma meydanda ilk oyununu keçirən "Kəpəz" həm də futbolçusu Zamiq Əliyevin birbaşa qırmızı vərəqə alması üzündən cərimə ödəyəcək.
İntizam Məcəlləsinə əsasən, bu halda ev sahibi klub 800 manat cərimələnir.