Almaniya millisinin və "Bavariya" klubunun futbolçusu Leroy Sane zədələnib.
Sportnet.az Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi "Frayburq"u evdə 5:0 hesabı ilə məğlub etdikləri Bundesliqanın X tur oyununda sıradan çıxıb.
Bud nahiyəsindən xəsarət alan oyunçunun yaşıl meydanlara nə vaxt qayıdacağı açıqlanmayıb.
Qeyd edək ki, Leroy Sane 2020-ci ildən "Bavariya"da çıxış edir.