
İspaniyanın "Real Madrid" klubu Fransa PSJ-sində çıxış edən Kilian Mbappenin keçidindən imtina edib.
Sportnet.az "Marca"ya istinadən xəbər verir ki, Madrid təmsilçisinin rəhbərliyi 2024-cü ildə İngiltərə "Mançester Siti"sində çıxış edən Erlinq Holannın transferinə diqqət yetirmək niyyətindədir.
Qeyd edək ki, Erlinq Holannın "şəhərlilər"lə müqaviləsi 2027-ci ildə başa çatmalıdır. Mbappenin sözləşməsi isə 2025-ci ilə qədərdir.