Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün çıxış etdiyi "Eyndhoven" komandası Niderland Kubokunda 1/16 finala yüksəlib.
Sportnet.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçinin klubu 1/32 finalda "Villem II" ilə qarşılaşmadan qalib ayrılıb - 1:0. Yeganə qolu 2-ci dəqiqədə Kökçü vurub. O, 86-cı dəqiqədə əvəzlənib.