
Azərbaycan I Divizionunda 8-ci tura yekun vurulub.
Sportnet.az xəbər verir ki, sonuncu oyun günündə üç matç keçirilib.
"Zirə-2" "Mingəçevir"ə 3:0, "Turan Tovuz-2" MOİK-ə 1:0 hesabı ilə qalib gəlib. Lider "Araz Naxçıvan" isə bu mövsüm ilk dəfə xal itirib. Komanda səfərdə "Qəbələ-2" ilə heç-heçə edib - 1:1.
19 oktyabr
13:00. "Zirə-2" – "Mingəçevir" - 3:0
Qollar: Xəqani Sadıxov, 8, 89, Vüsal Əliyev, 87
Hakimlər: Cavid Cəlilov, Kərim Zeynalov, Gülnurə Əkbərzadə, Fəridə Lütfəliyeva.
“ASK Arena”
14:30. "Turan Tovuz-2" – MOİK - 1:0
Qol: Nazim Həsənzadə, 89.
Hakimlər: Namiq Bəkirov, Elman Kərimov, Zakir Şükürzadə, Mahmud Bağırzadə
Tovuz şəhər stadionu
14:30. "Qəbələ-2" – "Araz Naxçıvan" - 1:1
Qollar: Xəyal Xudaverdiyev, 90+3 – Orxan Əliyev, 69-pen
Hakimlər: Rövşən Rəcəbov, Ruslan Quliyev, Teymur Teymurov, Şamil İmanzadə.
Qəbələ şəhər stadionu (ehtiyat meydança)