
Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, günün ikinci matçında “Sumqayıt”la “Zirə” qarşılaşıb.
Sumqayıtda keçirilən oyun qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
“Qartallar”ın heyətində 15-ci dəqiqədə Rəhim Sadıxov, 73-cü dəqiqədə isə Sertan Taşkın fərqlənib.
Bu nəticədən sonra xallarının sayını 19-a çatdıran “Zirə” 4-cü pilləyə yüksəlib.
“Sumqayıt” isə 4 xalla 9-cudur.
Qeyd edək ki, günün ilk görüşündə "Kəpəz" səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə edib. Turun ilk matçında isə "Qarabağ" "Turan Tovuz"u 3 cavabsız qolla üstələyib.
Tura oktyabrın 23-də "Səbail" - "Şamaxı" və "Neftçi" - "Sabah" qarşılaşmaları ilə yekun vurulacaq.
------'----------
Futbol üzrə Misli Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, günün ilk matçında "Qəbələ" "Kəpəz"i qəbul edib.
Qəbələ şəhər stadionundakı qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Meydan sahiblərinin qolunu 20-ci dəqiqədə İsnik Alimi vurub. Gəncə təmsilçisinin heyətində isə 61-ci dəqiqədə Fərid Nəbiyev fərqlənib.
Xallarının sayını 17-yə çatdıran "qırmızı-qaralar" hələlik 4-cü pillədə qərarlaşıb. 5 xala malik "Kəpəz" 8-ci sıradadır.
Qeyd edək ki, günün digər görüşündə "Sumqayıt" "Zirə" ilə üz-üzə gələcək. Tura oktyabrın 23-də "Səbail" - "Şamaxı" və "Neftçi" - "Sabah" qarşılaşmaları ilə yekun vurulacaq.
-----------------------------
Futbol üzrə Misli Premyer Liqasında bu gün XI turun daha iki oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, hər iki qarşılaşma paytaxtdan kənarda baş tutacaq.
Günün ilk matçında "Qəbələ" "Kəpəz"i qəbul edəcək. Meydan sahibləri 16 xalla 5-ci, qonaqlar 4 xalla 8-ci pillədə qərarlaşıb. Komandalar indiyədək ölkə çempionatlarında 21 dəfə üz-üzə gəlib. Bunların 10-da "qırmızı-qaralar", 6-da Gəncə təmsilçisi meydanı 3 xalla tərk edib. Topların nisbətində də "Qəbələ" üstündür - 28:17.
İkinci görüş Sumqayıtda olacaq. Şəhərin eyniadlı kollektivi "Zirə" ilə üz-üzə gələcək. "Gənclik şəhəri" təmsilçisi 4 xalla 9-cu, "qartallar" 16 xalla 4-cü sıradadır. Tərəflər Premyer Liqada 28 dəfə görüşüblər. Əvvəlki oyunların 14-də paytaxt klubu, 6-da meydan sahibləri qələbə qazanıb. Topların nisbətində qonaqların üstünlüyə malikdir - 35:21.
Azərbaycan Premyer Liqası, XI tur
22 oktyabr (şənbə)
16:00. “Qəbələ” – “Kəpəz” - 1:1
Qol: İsnik Alimi, 20 - Fərid Nəbiyev, 61
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Kamran Bayramov, Əli Əliyev
Hakim-inspektor: İmanxan Sultani
Qəbələ şəhər stadionu
18:30. “Sumqayıt” – “Zirə” - 0:2
Qol: Rəhim Sadıxov, 16 (p). Sertan Taşkın, 72
Hakimlər: Fərid Hacıyev, Eyyub İbrahimov, Cəmil Quliyev, Namiq Bəkirov
Hakim-inspektor: Orxan Məmmədov
“Kapital Bank Arena”
Qeyd edək ki, turun ilk matçında "Qarabağ" "Turan Tovuz"u 3 cavabsız qolla üstələyib. Tura oktyabrın 23-də "Səbail" - "Şamaxı" və "Neftçi" - "Sabah" qarşılaşmaları ilə yekun vurulacaq.