Futbol üzrə Türkiyə millisinin sabiq baş məşqçisi Şenol Güneş yenidən "Beşiktaş"ın sükanı arxasına keçə bilər.
Sportnet.az "NTV Spor"a istinadən xəbər verir ki, təyinat baş tutsa, 70 yaşlı mütəxəssis bu vəzifədə Valeryen İsmaeli əvəzləyəcək.
İstanbul təmsilçisinin təklifinə müsbət cavab verən Güneşlə 2,5 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Şenol Güneş 2015 - 2019-cu illərdə də "Beşiktaş"a rəhbərlik edib.