17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.
Sportnet.az xəbər verir ki, yığma Slovakiya ilə qarşılaşıb. Latviyadakı görüş rəqibin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Milli komanda bununla da seçmə mərhələni xalsız başa vurub.