
"Burada da futbol əsas problem olmasa, Tanrı kimi yaşayarsan".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıdakı həyat tərzi barədə "La Repubblica" nəşrinə müsahibəsində deyib.
İtaliyalı mütəxəssis şəhərin gözəl olduğunu bildirib: "Havalar soyuq deyil. Çünki Bakı Leççe ilə eyni paraleldə yerləşir".
O, dünyadakı siyasi gərginlik fonunda Azərbaycanda hər hansı müharibə narahatlığının hiss olunmadığını söyləyib.