Gürcüstanın paytaxtı Tbilisi şəhərində ötənlərin tanınmış futbol şərhçisi Kote Maxaradzenin xatirəsinə həsr olunmuş idman jurnalistləri arasında futbol turniri başa çatıb.
Sportnet.az xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən idman jurnalisləri üçüncü yeri tutub.
Qrup mərhələsində üç oyundan ikisində qalib gələn yerli media nümayəndələri yarımfinala adlayıb. Kollektiv finalın bir addımlığında Qazaxıstana uduzub.
Həlledici matçda Gürcüstana qalib gələn Qazaxıstan turnirin qalibi olub.