
"Oyunun çətin olacağını bilirdik. Rəqiblərlə xal fərqini azaltmaq istəyirdik".
Sportnet.az xəbr verir ki, bunu "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov Gəncədə "Səbail" ilə 3:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının XII tur oyunundan sonra "CBC Spport"a açıqlamasında deyib.
O bildirib ki, 7 oyun uduzan komandanı hazırlamaq, psixoloji durumunu düzəltmək çətindir: "İlk növbədə futbolçuların özünə inamını qaytarmalıydıq. Sonra komanda şəklində oyuna keçdik. Ümumi götürsək, 7 turdan sonra 2 qələbə qazanıb ,2 heç-heçə etmək böyük uğurdur. Bütün şəhər, idarəçilik birləşməlidir. Getdikcə daha aqressiv və yaxşı komanda görəcəyik. Azarkeşlərimizə təşəkkür edirəm. İlk dəqiqədən sona qədər dəstək oldular. Gəncə futbol şəhəridir. Bu məkanda hamı futbolla yaşayır, nəfəs alır. Çalışdıq ki, bu azarkeşləri sevindirək".