Almaniyanın "Bavariya" klubunun futbolçusu Sadio Mane bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün Seneqal millisinə dəvət alıb.
Sportnet.az-ın məlumatına görə, 30 yaşlı hücumçu yekun siyahıya daxil edilib.
Daha əvvəl Manenin zədə səbəbindən mundialı buraxacağı bildirilib.
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Seneqal A qrupunda Qətər, Ekvador və Niderlanla mübarizə aparacaq.