İngiltərə "Liverpul"unun baş məşqçisi Yurgen Klopp "Mançester Siti" ilə Premyer Liqada XI tur matçından sonra bir oyunluq cəzalanıb.
Sportnet.az xəbər verir ki, Klopp hakimin hücumçu Məhəmməd Salaha qarşı kobud oyundan sonra komandasının lehinə cərimə zərbəsi təyin edilməməsindən qəzəblənib. O, baş hakimin ünvanına nalayiq ifadələr işlədib.
Almaniyalı mütəxəssis bu davranışı ilə əlaqədar 34 min ABŞ dolları cərimə olunub.
Qeyd edək ki, görüş "Liverpul"un qələbəsi ilə yekunlaşıb - 1:0.