
"Azərbaycan millisi son vaxtlar yaxşı təsir bağışlayır".
Sportnet.az-ın məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Macarıstan yığmasının baş məşqçisi Zoltan Gera Türkiyədə Azərbaycan və Danimarka seçmələrinə qarşı keçirəcəkləri yoldaşlıq oyunları barədə yerli mətbuata açıqlamasında deyib.
43 yaşlı mütəxəssis bildirib ki, Antalyada onları fərqli üslubda oynayan iki rəqib gözləyir: "Azərbaycan fiziki cəhətdən güclü kollektivdir. Danimarka isə Avropanın top komandasıdır. Futbolçularının çoxu artıq Çempionlar Liqasında çıxış edib. Buna görə də, ikinci matç bizim üçün əsl sınaq olacaq".
Qeyd edək ki, Azərbaycan - Macarıstan görüşü noyabrın 17-də baş tutacaq.