"Barselona"nın futbolçusu Robert Levandovski İspaniya La Liqasında üç oyunluq cəza ilə üzləşib.
Sportnet.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, buna 34 yaşlı hücumçunun "Osasuna"ya qarşı XIV tur oyununda ikinci sarı vərəqəni alaraq meydandan qovulandan sonra hakimə barmağı ilə jest etməsi səbəb olub.
Kataloniya təmsilçisinin karyerasını başa vuran müdafiəçisi Jerar Pike isə 4 matçlıq cəzaya məruz qalıb. Təcrübəli oyunçu ehtiyat oyunçular skamyasında hakimi söyüb.
Qeyd edək ki, görüş "Barselona"nın 2:1 hesablı qələbəsi ilə bitib.